7NEWS.az xəbər verir ki,Əlcəzair Mülki Müdafiə Rəyasət Heyətinin mətbuat katibi Züheyir Bin Emzan Əlcəzair dövlət radiosuna verdiyi açıqlamada iyul ayı ərzində 109 nəfərin dənizdə, 51 nəfərin isə su komplekslərində boğulduğunu bildirib.
Bu rəqəmin çox yüksək olduğuna diqqət çəkən Bin Emzan 62 nəfərin çimməyin qadağan olduğu yerlərdə üzdüyünü, 47 nəfərin isə xilasedicilərin olmadığı saatlarda dənizə girdiyi üçün boğularaq öldüyünü bildirib.
Son 24 saatda həyatını itirənlərdən 15-nin dənizdə boğulduğunu bildirən Bin Emzan, ən çox boğulma hadisəsinin Oran (Oran), Mustaqanım və Bicaya şəhərlərində qeydə alındığını bildirib.
7NEWS.az








