Qəzanın başvermə səbəbləri araşdırılır.
Əlcəzairin şimalında avtobus və yük maşınının toqquşması nəticəsində ən azı 33 nəfər ölüb, daha 22 nəfər isə xəsarət alıb, 7news.Az RİA Novosti-yə istinadən xəbər verir.
Hadisə iyunun 4-də səhər saatlarında Laquat əyalətində baş verib. Oran-Uarqla marşrutu üzrə hərəkət edən sərnişin avtobusu yük avtomobili ilə toqquşub.
Hadisə yerinə fövqəladə xodmətlərin əməkdaşları cəlb edilib.
Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırırlar.
7news.Az








