Əlcəzair Meteorologiya Xidməti cari isti dalğası üçün xəbərdarlıq səviyyəsini narıncıdan qırmızıya yüksəldib və ölkədə temperaturun 48 dərəcə Selsidən çox olduğu ağır iqlim şəraitinin yaşandığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Əlcəzair Meteorologiya İnstitutundan verilən yazılı açıqlamada yüksək istilik dalğasının ölkə daxilində davam etdiyi və bəzi şəhərlərdə havanın temperaturunun 48 dərəcəni keçdiyi bildirilib. Həyəcan səviyyəsinin narıncıdan qırmızıya yüksəldiyinə diqqət çəkən açıqlamada, bu vəziyyətin hər ilin iyul ayındaki adi temperaturlarla müqayisədə 'çox yüksək temperaturlarla xarakterizə olunan ağır hava şəraiti' ilə əlaqəli olduğu vurğulanıb.
7NEWS.az








