RU
lombard
Elçin Quliyevin helikopterlə bağlı açıqlamasına aydınlıq gətirildi
10:00
149

Elçin Quliyevin helikopterlə bağlı açıqlamasına aydınlıq gətirildi

Nobayrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan DSX-nin hərbi helikopterinin hansı ildə istehsal olunduğu açıqlanıb.

Bu barədə DSX-nin Aparat rəhbəri general-mayor Elçin İbrahimov açıqlama verib.

Bu barədə haqqın.az-a danışan qurum rəsmisi bildirib ki, bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib:

 

"Onun istismar müddəti 25 ildir və 2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-ci ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib”.

Qeyd edək ki, DSX rəisi, general-polkovnik Elçin Quliyevin məlum qəza ilə bağlı keçirdiyi brifinqdə helikopterlə əlaqədar danışarkən səsləndirdiyi "Helikopter yeni idi, üzərində qısa müddət öncə təmir işləri aparılmışdı” fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

 

 

 
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ