RU
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
14:34
375

Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

7News.Az yerli KİV-lərə istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan beş tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə sədri (baş həkim) təyin edilib. 

Qeyd edək ki, bundan əvvəl A.Əzizov Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ