RU
10:33
5881

"Eldar Mahmudov bilmirdi ki, qızı viskidən içib, ən bahalı maşınlarda polisləri döyəndə belə olacaq?"

"Eldar Mahmudov bütün nazirlərlə dodaq-dodağa öpüşürdü, guya onlar bilmirdilər ki, Eldar Mahmudov prezidentə bu cür xəyanət edir?"

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə baş verən son hadisələri, MTN-in yüksək rütbəli zabitlərinin həbsini şərh edərkən bildirib.

Xatırladaq ki, ötən şənbə prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov tutduğu vəzifədən azad edilib. Bundan sonra isə MTN-in generallarının və yüksək vəzifəli heyətinin həbsləri həyata keçirilib.

Bu barədə danışan partiya sədri qeyd edib ki, cənab prezident təkbaşına ortalığa çox güclü mövqe qoyub və düzgün addımlar atır ki, bu kriminallaşmış, rüşvətə bürünmüş təbəqədən birdəfəlik qurtarsın:

"Bu cür hadisələr Azərbaycanda zaman-zaman baş verib. Hacı Məmmədov məsələsində də çox ciddi problemlər yaşandı, amma buna baxmayaraq dövlətimiz çox ciddi addımlar atdı və bu dəstəni ifşa elədi. Bu da ölkədə və dünyada böyük sensasiyaya səbəb oldu.

Bu gün də Azərbaycan çox ağır günlərini yaşayır. Yəni dövlətin əsas təhlükəsizlik qurumu olan MTN-in bu cür nöqsanlara yol verməsi, yaramaz hərəkətlər etməsi xoşagələn hal deyil. Baxmayaraq ki, biz müxalif partiyayıq və baxmayaraq ki, başqa müxalifət bu hadisələrə sevinir, amma bu hadisə Azərbaycan dövlətinin müstəqilliyinə, xalqımızın rifahına, hüquqi dövlətçiliyimizə mənfi təsir göstərir. Həm də biz dünyada nüfuzdan düşürük və ölkədə qruplaşmalar yaranır.
Mən istərdim ki, bütün partiyalar prezidentin bu addımını dəstəkləsin. Amma adlarını müxalif qoyan qüvvələr bu hadisələrə sevinirlər. Bu cür halların olmasında siyasətçilərin də günahı böyükdür. Siyasətçilər qorxur, sözlərin deyə bilmirlər. Amma mən deyirəm, mənə də çox böyük əziyyətlər, işgəncələr verirlər. Mən hələ iki ay bundan əvvəl demişdim ki, Azərbaycanda çox böyük təhlükələr olacaq. Bütün bu olanları nəzərdə tutaraq demişdim o sözü. Çünki hakimiyyətdə elə insanlar var ki, onlar Azərbaycanın bugünkü qətiyyətini qəbul edə bilmirlər. Çünki onlar o qədər xəyanət edib, rüşvət alıb, korrupsiyaya bulaşıblar ki, bilirlər ki, ölkə başçısı nə vaxtsa bu işlərin haqq-hesabını soruşacaq və artıq o zaman gəldi.

Eldar Mahmudov bilmirdi ki, qızı viskidən içib, ən bahalı maşınlarda polisləri döyəndə belə olacaq? Nəinki Eldar Mahmudov, çox məmurlar bilirlər, çünki hamısının övladları bu gündədir.
Mən heç kəsə böhtan atmıram, real olanları deyirəm. Əgər yalan deyirəmsə, məni də həbs etsinlər. Amma mən Eldar Mahmudovun prezidentə bu cür xəyanətini heç çürə bağışlaya bilmirəm"./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ