RU
Eldar Mahmudovun adamı “İnterpol”a verildi
15:25
2195

Eldar Mahmudovun adamı “İnterpol”a verildi

Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifəli şəxslərinin cinayət əməllərinə görə başlanan istintaqdan bir nəfər yayına bilib.

Bu gün Azərbaycan tərəfindən həmin şəxs "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa verilib.

1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun “İnterpol”un saytında rüşvətxorluğa görə axtarışa verildiyi qeyd olunub.

Akif Mustafayev bu işdə adaşı Akif Çovdarovun qrupunda yer alıb. O iş adamları ilə adaşı arasında vasitəçi rolu oynayıb. Həmin adamlara kəsilən “xərac”ı A.Mustafayev toplayaraq Çovdarova çatdırıb.

Akif Mustafayevin Eldar Mahmudov vəzifəsindən azad olunan günün səhərisi Fransaya uçduğu bildirilir. O həm də birbaşa Eldar Mahmudovun özü ilə işləyirmiş.

A.Mustafayev MTN işçisi olmayıb, sabiq nazirin yaxın adamı olan iş adamı kimi tanınıb./qafqazinfo

7news.az

Eldar Mahmudovun adamı “İnterpol”a verildi - Foto

 

Eldar Mahmudovun adamı “İnterpol”a verildi - Foto

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ