RU
Eldar Mahmudovun qaldığı yer bilindi - “Görüşlər keçirir…”
13:28
545

Eldar Mahmudovun qaldığı yer bilindi - “Görüşlər keçirir…”

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hal-hazırda Bakının Nardaran qəsəbəsində qalır 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş şefi özünün Nardarandakı bağ evində həyat yoldaşı ilə birlikdə yaşayır.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Eldar Mahmudovun Nardarandakı villasını xüsusi xidmət orqanlarının əməkdaşları ciddi nəzarət altında saxlayırlar.

Belə ki, keçmiş MTN generalının qaldığı villanın ətrafı, girişi-çıxışı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən 24 saat ərzində tam nəzarət altına alınıb.

Eldar Mahmudovun yaşadığı evdən girib-çıxması, hər bir hərəkəti ciddi şəkildə izlənilir.

Keçmiş nazirin bəzi günlərdə nəzarət altında şəhərə çıxdığı və bəzi şəxslərlə görüşdüyü də bildirilir.

Xatırladaq ki, ötən il oktyabrın 17-də prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalamışdı.
Həmin sərəncamdan sonra keçirilən əməliyyat nəticəsində MTN-də fəaliyyət göstərən quldur dəstəsi saxlanıldı. Dəstə üzvlərindən bəzilərinin cinayət əməlləri üzrə aparılan istintaq işi yekunlaşdırğından artıq məhkəmə qarşısına çıxarılanlar da var.

Məsələn, Sabunçu Rayon Məhkəməsində MTN-in başkəsən generallarından biri, Eldar Mahmudovun "vuran əli” Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və işçiləri – Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi araşdırılır.

Hazırda həbsdə Eldar Mahmudovun komandasına daxil olan, 22 MTN-çi saxlanılır. Daha 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır./modern.az
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ