Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov bu gün məhkəmə qarşısına çıxarılıb.
7news.az xəbər verir ki, R. Səfərovun vəkili APA-ya bildirib ki, Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun verdiyi təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
7news.az








