Tovuz sakini Tofiq Ələkbərov öz təsərrüfatında qeyri-adi bitki yetişdirib.
Artıq iki ildir adını verə bilmədiyi naməlum növün məhsuldarlığından da yararlanıb. Əməkdaşımız Cümşüd Bayramlı adsız, maraqlı bitki barəsində reportaj hazırlayıb.
Tovuzda yetişən bu bitkinin quruluşu kimi qeyri-adi meyvəsi var. Kol bitkisinin özəyi xiyara, yarpaqları lobyaya, meyvəsi isə balqabağa bənzəyir. Müsahibim xiyar toxumu alıb, torpağa əkəndən bir müddət sonra gördüklərindən təəccüblənib.Tofiq Ələkbərov artıq iki ildir ki, bu qəribə canlını becərməyə başlayıb. Becərilməsi üçün xüsusi qulluq tələb etməyən kol vaxtında suvarılmalı və zoğları iplərə dolanmalıdır.Ailənin xanımı artıq məhsuldan da yararlana bilib. Bir neçə ildir ki, məişətdə bu meyvədən istifadə edir. Tamilə xanım deyir ki, məhsul tam qurudulur daha sonra toxumu götürülür və qabığı soyulur. Növbəti dəfə də bir qədər qurudulduqdan sonra məişətdə cil kimi istifadə olunur. El arasında naməlum bitki növünü cil ağacı adlandırırlar. Ələkbərovlar ailəsi gələcəkdə bitkini geniş ərazidə becərməyi planlaşdırır. Ailə cil istehsalı ilə məşğul olmağın mümkün olduğu qənaətindədir./ttv
7news.az








