RU
Ələkbərov İrana vaxt verdi
01:04
397

Ələkbərov İrana vaxt verdi

“Lukoyl” böyük yataqlarının reabilitasiyası barədə İrana saziş layihəsi göndərib.

7news.az xəbər verir ki, bunu şirkətin prezidenti Vahid Ələkbərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələn il şirkətin İran ərazisində bəzi sahələrin öyrənilməsi müqaviləsi xüsusilə Fars körfəzinin şimalında və Anaran yatağı sahəsində bitir.

V.Ələkbərov bildirib ki, İranın xarici investorlar üçün hazırladığı müqavilələr cəlbedici olmalıdır:

“İraqdakı servis müqavilələri onu göstərir ki, bu sazişlərlə ancaq yüksək neft qiymətləri şəraitində işləmək mümkündür. Aşağı qiymətlərdə servis müqavilələri həm investorlar, həm də dövlət üçün mənfi xarakter daşıyır. Hələlik danışıqlar gedir, yekun nəticə yoxdur. Ümid edirik ki, fevraladək müqavilələrin mahiyyətini başa düşəcəyik”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ