7News.az xəbər verir ki, bir müddət öncə "Azərişıq" ASCmobil telefon istifadəçiləri üçün yeni bir xidməti abunəçilərinin istifadəsinə verib. Daim texnoloji yenilikləri ilə fərqlənən "Azərişıq" ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə bu layihəni reallaşdırıb. Qısa zaman kəsiyində mobil tətbiq cəmiyyətdə müsbət qarşılanmış və istifadəçilərin sayı surətlə artmaqdadır.
Bu layihə ios və android tipli mobil istifadəçilərinin marağına səbəb olmuşdur.
Belə ki, "Azərişıq" tətbiqi mobil istifadəçilərin rahat şəkildə
- Elektrik enerjisi sərfiyyatlarını görməyə, son 10 ay faktura borcunu öyrənməyə; (Borcunu öyrən/ödə)
- Elektrik enerjisinə görə aylıq fakturaları izləməyə, son 10 aylıq bütün ödənişlərini görməyə; (Ödəmələriniz)
- Elektron müraciət etməyə;
- Elektrik enerjisi borcunu online ödəməyə;
- Smart sayğac istifadəçilərinin online balanslarını öyrənməyə;
- Smart sayğacının balansını artırmağa kömək edir.
- Diferensial tarif sisteminin tətbiqi ilə bağlı hesablama 300kvt-dan artıq ödənişləri görmə imkanı;
- SMS sayğac bölməsində istifadəcilər balansını sorğulamağa, artırmağa, başqa bir sms sayğacın balansını yoxlamağa (SMS Saygac) imkan yaradır.
"Azərişıq” proqramını "PlayStore” və "IOS Apple Store"-dan ödənişsiz yükləyə bilərsiniz.
YÜKLƏMƏK ÜÇÜN AŞAĞIDAKI LİNKƏ KEÇƏ BİLƏRSİNİZ!












