7NEWS.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Aİ avtomobil bazarı keçən il 2022-ci ilə nisbətən 13,9 faiz artım qeyd edib və ili 10,5 milyon satışla başa vurub. ACEA-dan toplanan məlumata görə, Aİ-də benzinlə işləyən avtomobillər 2023-cü ildə 35,3 faiz bazar payı ilə liderliyini qoruyub saxlasa da, 2022-ci ildəki 36,4 faiz bazar payı ilə müqayisədə cüzi azalma müşahidə olunub. 2023-cü ildə dizel avtomobil satışı 1,4 milyon ədədə çatıb və bazar payı 2022-ci ildəki 16,4 faizdən 13,6 faizə düşüb.
7NEWS.az








