RU
Elektron qaydada 36 mindən çox əmək müqaviləsi bildirişi əldə edilib
10:41
682

Elektron qaydada 36 mindən çox əmək müqaviləsi bildirişi əldə edilib

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətinin avqust üzrə istifadə statistikasını açıqlayıb.

MHM-dən 7News.Az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətdən ötən ay vətəndaşlar 36416 dəfə faydalanıb.

Sözügedən e-xidmət vasitəsi ilə işəgötürənlə müqavilə bağladıqdan sonra “Elektron hökumət” portalı üzərindənmüqavilənin qanuniliyi və tərkibini yoxlamaq mümkündür.

Ceyhun

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ