Ələt-Astara magistralında mikroavtobus aşıb.
Hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.
Masallı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.
"Yaralılardan beşi kişi, ikisi qadındır. Onların hamısı əzilmiş yaralarla xəstəxanaya daxil olub. İlkin tibbi yardım göstəriləndən sonra beş nəfər evə buraxılıb, iki nəfər isə ambulator müalicəyə cəlb edilib. Yaralıların vəziyyəti normaldır”.
Məlumata görə, hadisə rayonun Çaxırlı kəndi ərazisində baş verib. Kənd daxilində hərəkət edən mikroavtobusda texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində ölən olmayıb.//publika.az
7News.az








