Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində "Ford" markalı minik avtomobili ilə "ZİL" markalı benzin daşıyan maşın toqquşub.
Güclü zərbədən "ZİL" markalı maşın aşıb, benzin yola dağılıb.
Hazırda Ələt-Astara magistralı bağlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür./apa
7News.az








