RU
Ələtdə ağır qəza:
22:49
775

Ələtdə ağır qəza:

“Kamaz”la “VAZ 2107” toqquşub.

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saat 20.00 radələrində Bakı-Qazax magistralının 66-cı kilometrliyində qeydə alınıb.

“Kamaz” markalı avtomobillə VAZ 2107 markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişin, Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Qarayev Orxan Yaşar oğlu ölüb, bir nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır./apa

 7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ