RU
Əli Abbasov açıqlama verdi:
14:28
571

Əli Abbasov açıqlama verdi: "Hazırda evimdəyəm"

Keçmiş Кabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqqında yayılan xəbərlərə münasibət bildirib.

 

Sabiq nazir deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır. O, hazırda evində olduğunu da əlavə edib.

Qeyd edək ki, bəzi KİV-də sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində ayrıca cinayət işi başlanması ilə bağlı xəbərlər yayılıb. Sabiq nazirin barəsində cinayət işinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrıldığı və ayrıca icraata verildiyi də iddia olunur.


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ