RU
Əli Əsədov BP-nin vitse-prezidenti ilə görüşüb
19:10
98

Əli Əsədov BP-nin vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 26-da BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetindən 7NEWS.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olundu, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.
BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulandı, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd olundu.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ