RU
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
12:53
21

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Baş nazir Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Nazirlər Kabinetindən 7NEWS.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ