RU
Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü
17:50
29

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

7News.Az xəbər verir ki, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

"Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ