Dekabrın 15-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisidəki Qəhrəmanlar abidəsini ziyarət edib.
Bu barədə 7NEWS.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinin üzvləri abidənin önünə əklil qoyublar.
7NEWS.Az







