RU
Əli Əsədov: “Türkiyə şirkətləri Qarabağda infrastrukturun qurulmasında yaxından iştirak edir”
18:35
176

Əli Əsədov: “Türkiyə şirkətləri Qarabağda infrastrukturun qurulmasında yaxından iştirak edir”

"Artıq işğaldan azad olmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanılıb”. Razılaşmalar imzalanıb. Türkiyə şirkətləri infrastrukturun yenidən qurulmasında yaxından iştirak edir”.

APA-nın məlumatına görə, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

Baş nazir bildirib ki, müxtəlif sahələrdə əməkdaşlığımızı nəzərdə tutan bir çox sənədlər dünən keçirilən görüşlərdə imzalanıb: "Bu, çoxtərəfli platforma gələcək üçün böyük perspektivlər vəd edir. Əminəm ki, bu gün keçirilən iclasın nəticələri ikitərəfli münasibətlərin inkişafına da təkan verəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Əməkdaşlığımız bütün sahələri əhatə edir. 2023-cü ilədək ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdəndir”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ