Yanvarın 25-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.
Bu barədə 7News.Az Nazirlər Kabinetindən məlumat verilib.
Danışıq zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
7News.Az








