RU
Əli Həsənov:
13:14
613

Əli Həsənov: "Azərbaycan Donald Trampla əməkdaşlığa ümid edir"

Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir.

Bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib: "Dünən Amerika xalqı öz seçimini etdi. Donald Trampi özlərinə növbəti - 45-ci prezident seçdilər. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev də təbrik məktubu ünvanladı. Düşünürük ki, bu, Amerika xalqının seçimidir və Azərbaycan da buna hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ