RU
Əli Həsənov: “Bu təyinat ölkə siyasətinə dinamik təsir edəcək”
14:25
584

Əli Həsənov: “Bu təyinat ölkə siyasətinə dinamik təsir edəcək”

"Mən Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına və dövlətinə töhvələr verəcək”.

7news.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Bakıda keçirilən "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində çıxışı zamanı bildirib. 

Ə.Həsənov deyib ki, bu təyinatla dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: 

"Mehriban Əliyeva xaraktercə dinamik insandır və bu, ölkə siyasətinə də təsir edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ