Türkiyədə Bosfor boğazı üzərində "Yavuz Sultan Səlim" adlandırılan üçüncü körpünün açılışı olub.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bəhreyn Əmiri Hamad ibn İsa əl-Xəlifə, həmçinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak edib.
Körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü isə 320 metrdir. Körpü üzrə gediş haqqı 3 dollar təşkil edəcək. Layihənin dəyəri 3 milyard dollardır./trend
7news.Az












