RU
Əli İnsanova yeni cinayət işi açıldı
11:04
1427

Əli İnsanova yeni cinayət işi açıldı

Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli Insanova qarşı cinayət işi açılıb.

Onun vəkili Toğrul Babayev açıqlamasında bildirib ki, hazırda 13 saylı cəzaçəkmə müəssisəsinin qarşısındadırlar:

"Gecə saat 23 radələrində Qaradağ rayon prokuroru Natiq Əliyev zəng edib çağırdı. Dedi ki, Əli İnsanov dindiriləcək, bizim də iştirakımız lazımdır. Biraz öncə özü gəlib müəssisəyə girdi, bizə heç nə demədi. Prokurorluğun əməkdaşları Əli İnsanovun kamerasında axtarış aparıblar. Hansı maddə ilə cinayət işi açıldığı barədə bizə bir söz deyilməyib".

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ildə həbs edilərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Bir neçə ay sonra cəzasının müddəti başa çatır./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ