"Əli Kərimlinin mitinqində iştirak edənlərdən 50 nəfər Avropaya yaşamağa gedib. İndi bildiniz, niyə bir qrup gənc Əli Kərimlinin mitinqinə gedirdi? Şəkil çəkdirib, arayış alıb avropada yaşamaq üçün! Əli Kərimlinin mühacir bizneslə məşğul olmağının növbəti sübutu!”. Bunu 7news.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, keçən dəfə bəlli olub ki, bir neçə insan "Azadlıq” qəzetinin müxbiri, Holllandiyada yaşayan Fikrət Hüseynli tərəfindən aldadılara Avropa aparılıb və onlardan 2000 avro pul alınmışdı: "Bütün bunlar açıq şəkildə ortalıqdadır. Əli Kərimlinin imzası ilə mitinq şəkili ilə yanaşı partiyanın arayışı da verilir. Əksər insanlar Avropada yaşamaq üçün bu cür yollara əl atırlar. Milli Şuranın 11 sentyabrından sonra 50 nəfərin mühacir etməsi faktı ilə bağlı ölkənin tanınmış saytı məlumat yayıb. Bu, mətbuata bəlli olan 50 nəfərin sayıdır. Ola bilsin ki, bu rəqəm daha çoxdur. 11 sentyabr mitinqindən sonra Əli Kərimli 50 nəfərə arayışın verilməsi müqabilində 100 000 avro qazanıb. Əli Kərimli üçün əsas olan maddi gəlirin əldə edilməsidir”.








