RU
“Əli Kərimli böhtan atır. Belədirsə niyə o, 14 ildir sağdır?!  - Niyaməddin Orduxanlı
23:09
1628

“Əli Kərimli böhtan atır. Belədirsə niyə o, 14 ildir sağdır?! - Niyaməddin Orduxanlı

"Bir necə gündür ki, təxridxanada dünyasını dəyişmiş Mehman Qələndərovla bağlı radikal müxalifəti təmsil edən şəxslər mətbuatda və sosial şəbəkə baş vermiş ölüm hadisəsini siyasi "çalarlar” verməkdədir. Bununla bağlı 7news.az saytı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlının fikirlərini öyrənib. Onun sözlərinə görə, 2 gündür mətbuatda və sosial şəbkədə Əli Kərimli dayanmadan Mehman Qələndərov adlı bir şəxsin ölüm hadisəsindən yazır və baş vermiş hadisəni siyasiləşdirməyə cəhd edir: " Şəxsən mən bu günə qədər belə bir şəxsin olduğunu eşitməmişdim. İlk dəfə olaraq Əli Kərimlidən eşitdim. Özü də yazır ki, heç bir siyasi partiyanın üzvü olmayan və məşhur bloker Mehman Qələndərovun ölümündə müəmmalar var. İndi, Əli Kərimlidən soruşuram, heç bir siyasi təşkilatın üzvi olmayan Mehman Qələndərov necə "siyasi məhbus” ola bilər?! Bunun özü absurd deyil? Adam gərək hansısa bir siyasi təşkilatın üzvü ola və onun siyasi baxışlarına görə təqib olunduğu ortaya çıxa. Və yaxudda deyir ki, məşhur bloker. Mən 20 ildən artıqdır ki, siyasi fəaliyyətlə məşğul oluram və hər kəs də bilir ki, bir siyasətçi kimi sosial şəbəkədən , internetdən və facebook sosial şəbəkəsindən çox geniş istifadə edirəm. Bir dəfə də olsun dünyasını dəyişmiş şəxsi sosial internet hər hansı bir blok yazısını görməmişəm. Hardadır onun bloku, Əli Kərimli yazsın baxaq görək, bugünə qədər hansı blok yazıları yazıb.” Baş vermiş hadisədən sonra dünyasını dəyişmiş Mehman Qələndərov fecebook səhifəsinə nəzər yetidiyini bildirən Niyaməddin Orduxanlının sözlərinə görə, bu, adamın son statuslarına diqqət etdim və şahidi oldum ki, Mehman bəyin özünun maddi sığıntısı olması və maddi borcunun olmasına dair də yazılar paylaşıb :” Bunu onu yaxından tanıyan insanlar da yazıb ki, xeyli borcu var. Dəfələrlə başqa ölkələrdə yaşamağa gedib. Bütün bunlar faktdır. Sadəcə, ortada bir reallıq var ki, Əli Kərimli rəhmətli Mehman bəyin ölüm hadisəsindən "siyasi şou” yaratmağa cəhd edir. Azərbaycan dövlətinin dünyada imicini korlamaq istəyir. Guya bu adam həbsxanada intihar etmədiyini və bunu həyatına qəsd olunduğunu görüntüsünü yaratmaq istəyir. Çox gülünc bir iddiadır. 5 nəfər siyasətçi tapa bilmərsiniz ki, Mehman Qələndərovu tanısın. Belə bir adam indiki hakmiyyətə niyə təhlükə törədir ki? Məncə, çox gülməli bir iddadır. Görəsən 14 ildir bütün günü ağzına və ağlına gələni danışan Əli Kərimlinin niyə bugünə qədər sağdır?! Məntiqlə Əli Kərimli çoxdan həyatı ilə vidalaşmalı idi. Göründüyü kimi Əli Kərimli hakmiyyətə şər və böhtan atır və Azərbaycan dövlətinin nifuzuna zərbə vurmağa cəhd edir. Bu adam Mehman Qələndərov adlı şəxsin ölümündən də çirkin siyasəti üçün istifadə edir.”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ