RU
“Əli Kərimli və dəstəsi yenə şou göstərir”- Azər Verdiyev
11:28
890

“Əli Kərimli və dəstəsi yenə şou göstərir”- Azər Verdiyev

"Ölkədə beş milyon seçici var, onların 0.001 faizinin cəfəngiyyatı heç nəyi dəyişmir".

Bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Milli Şura adlanan qurumun keçirdiyi son mitinqə münasibət bildirərkən səsləndiriib. O, bildirib ki, sözügedən mitinq sadəcə bir şou idi: "Əli Kərimli və onun dəstəsi hər zaman olduğu kimi yenə də şou göstərirlər. Mitinqdə dalğalanan bayraqlar, səsləndirilən şuarlar əslində sifarişin kimdən gəldiyini deməyə əsas verir. Bu mitinqdə toplananlar nə istədiklərinin belə fərqində deyildilər. Referendoma yox demək nə deməkdi? Referendum ümumxlaq səsverməsidir, referendum demokratik dəyərlərin ən alisidir, xalqın azad seçimi deməkdir. Demokratiya "çarçıları" xalqa aid bir proseduru necə baykot edə bilərlər? Bu bir daha onu götərir ki. Əli Kərimli və onun mitinqə toplaşan qohum əqrabaları olduqca radikal məqsədlərə xidmət edirlər. Onlar mitinqdə Avropa Şurasına aid bayraqlar dalğalandırır, ölkəmizin strateji maraqlarına aid heç bir təklif irəli sürə bilmirlər. Sanki robotlaşmış şəkildə ermənipərəst qrant sahiblərinin istəklərini yerinə yetirirlər. Bu həqiqətən biabırçılıqdı. Buna son qoymaq lazımdı"./olaylar.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ