RU
Əli Kərimlinin müavininin həbsində - Şok məqam
11:19
1000

Əli Kərimlinin müavininin həbsində - Şok məqam

AXCP sədri Əli Kərimli 25 may saat 21:10-da status yazaraq, Gözəl Bayramlının Gürcüstanda qayıdarkən çantasına "nələrinsə atılıb” saxlanıldığını bildirmişdi. Qeyd edirdi ki, Gözəl xanım Gürcüstanda müalicədən gəlirmiş. Ancaq daha sonrakı açıqlamasında tam fərqli bir mənzərə üzə çıxdı.
Bu sözləri açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AXCP sədri Əli Kərimlinin müavini Gözəl Bayramlımım həbsi ilə bağlı müxalifət düşərgədəki bəzi iddiaları şərh edərkən deyib. Onun sözlərinə görə, əvvəlcə, G.Bayramlının çantasına "saxta dollar” qoyulduğu barədə ittihamlar səsləndi:
"Ancaq az sonra bəlli oldu ki, G.Bayramlının çantasından tapılan 12 min ABŞ dolları miqdarında vəsait saxta-filan deyil, gömrük qaydalarına zidd olaraq bəyan edilməmiş puldur. Beləliklə, əvvəlki açıqlama təkzib edildi və yeni ziddiyyətli açıqlamalar verildi”.
N.Orduxanlının sözlərinə görə, ziddiyyətli açıqlamalar o qədər qabarıqdır ki, bunu adi məntiqlə də təsdiqləmək olar:
"Etiraf edirlər ki, G.Bayramlının çantasında ölkəyə qanunsuz yolla gətirilməsinə cəhd edilən 12 min dollar vəsait olub. Ə.Kərimli də daxil olmaqla, bir çox müxaliflər Gözəl Bayramlının Gürcüstanda müalicəyə getdiyini deyirlər. Gürcüstana müalicəyə gedirdisə, məntiqlə, Azərbaycandan gedəndə onun üstündə külli miqdarda pul olmalı idi. Necə olur ki, Gürcüstana müalicəyə gedən adamın üstündə pul olmur, amma qayıdanda külli miqdarda dollar tapılır? Yoxsa, Gürcüstan xəstəxanalarında xəstəni müalicə edəndən sonra cibinə 12 min dollar da pul qoyurlar?!”
N.Orduxanlı əslində məsələnin mahiyyətində tam fərqli bir amilin dayandığını bildirir:
"Rəsmi və təkzib edilməyən açıqlamada vurğulanır ki, G.Bayramlı 24 may tarixində Gürcüstana gedib və gedərkən üstündə bəyan edilən vəsait olmayıb. 25 may tarixində, saat 21 radələrində ölkəyə qayıdarkən isə özünü şübhəli apardığından, çantasında bəyan edilməmiş və ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 12 min dollar vəsait aşkarlanıb.
Gürcüstanda yaşayan Əfqan Muxtarlı Feysbuk statusunda yazır: "Gözəl Bayramlı Tiflisdə bir sıra dostlarla görüşüb. Eyni zamanda bu günlərdə həbs edilən Fərman Ceyranlının ailəsinə baş çəkərək vicdan borcunu yerinə yetirib. Daha sonra Dasqın Ağalarlı ilə görüşüblər...”
Gözəl Bayramlı bir gün ərzində "bir sıra dostlarla görüşür”, o cümlədən Fərman Ceyranlının ailəsinə baş çəkir, həmçinin D.Ağalarlı ilə həmsöhbət olur və s. İndi isə sual yaranır: G.Bayramlı müalicə və müayinəyə getmişdi, səhhətindəki ciddi problemləri həll edirdi, yoxsa bu qədər görüşlər keçirirdi? Bunların hamısını bir günə necə sığdırıb?”
N.Orduxanlının iddiasına görə, G.Bayramlı tam ayrı niyyətlə Gürcüstanda səfərdə olub:
"Artıq bir necə ildir ki, Azərbaycana çirkli pullar Gürcüstan vasitəsi ilə gətirilir. Bunu çox adam yaxşı bilir. Azərbaycan bank sisteminə olunan nəzarət və QHT-lər haqqında dəyişiklikdən sonra radikal müxalifət xaricdən vəsaiti Gürcüstan vasitəsi ilə əldə edirlər. Bununla bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar yayılıb. Gürcüstandan istənilən xarici vətəndaş bir gün ərzində QHT təsis edə bilər və bunu rəsmi qeydiyyatdan da keçirmək çox asandır. Gözəl Bayramlı da Gürcüstana Əli Kərimlinin pulunu gətirməyə gedibmiş. Birdən-birə böyük vəsait gətirmək olmur. Hissə-hissə bu vəsaitləri Azərbaycana gətirirlər”.
N.Orduxanlı istintaq orqanlarının araşdıracağı təqdirdə Ə.Kərimli və ya onu yaxın şəxslərin Gürcüstanda QHT-lərinin olduğunu və onların hesabına xaricdən külli miqdarda vəsait keçirilməsinin üzə çıxacağını da iddia edib:
"Gözəl Bayramlının səhhət məsələsi və bu səbəbdən Gürcüstana tez-tez getməsi sadəcə alibi axtarışında olan bəzi şəxslərin çarəsizcəsinə uğursuz arqumentidir. Düşünülmüş şəkildə bu informasiyanı bir müddət əvvəl ortaya atıblar ki, onun tez-tez Gürcüstana getməsi və ordan pul gətirməsini ört-basdır etsinlər. Əgər doğrudan da G.Bayramlının səhhətində ciddi, ölkəmizdə müalicəsi mümkün olmayan ağır problem varsa, onda həmin xəstəlik sənədlərini mətbuata çoxdan elan edərdilər”.
Qeyd edək ki, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun çantasında bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub.
Səbail Rayon məhkəməsinin qərarına əsasən, G.Bayramlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ