"O vaxt gey olmaq gizli idi".
Bu sözləri Xalq Artisti Əli Mirəliyev öz qalmaqallı açıqlamasında media nümayəndəsinə deyib.
"O vaxt gey olmaq gizli idi. Amma indiki aktyorlar, sənəd adamları geyliklərini aşkar edirlər. Keçmişdə Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev də gey idi.Lakin onlar bunu aşkar etmirdilər. Bəyəm onların pulları yox idi? İndiki müğənnilər şalvarı elə geyinirlər ki, şalvarın ayağı elə dar olur ki, axşam yatmağa gedəndə çıxartmaqları mümkün olmur. Müğənni "kişi”lər saqqal saxlayır, elə bilirlər ki müasirdirlər. Məsələn, Nadiq Qafarzadəni başa sala bilmirəm ki, ayə ... sən və Tolik birgə dilinizi qarnınıza qoyun, danışmayn. Kim danışsa da, siz kişilikdən danışmayın. Deyirəm ayə Nadir, kişisən, oranı-buranı niyə kəsdirirsən? Deyir neynəmişəm ki, bir tək burnumu kəsdirmişəm də. Sən nə gündəydin ala, xiyar satanlara oxşayırdın. İndi guya bir burnunu kəsdirmisən?. Hamınızda maviləşmə gedir, bəs bu qızlar necə olacaq? Bunları kim alacaq?”. – deyə Əli Mirəliyev gileylənib.
Əli Mirəliyev adından yayılan xəbərləri təkzib edib və bildirib ki, jurnalistlər onun adından yalan məlumatlarla pul qazanırlar. "Mən həmin jurnalisti məhkəməyə verməyəcəm, onu tapsam bilirəm neyləyəcəm?!", - deyə Əli Mirəliyev bildirib.
Yazının müəllifi, şou-biznes yazarı Rəqsanə Qarabağlı Əli Mirəliyevin bu sözlərinə cavab verib:
"Bu böhtan və ya dezinformasiya xarakterli xəbər deyil. Əli Mirəliyevin səs yazısı redaksiyamızın arxivində saxlanılır və lazım gələrsə, oxuculara təqdim etməyə hazırıq. Xəbərdə yazdığım hər kəlimə onun dediyi sözlərdir. Əgər müğənni dediyi sözləri inkar edirsə, mən onun yaddaşını təzələyərəm!"/operativ
7news.az








