Bu gədə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovdur. Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. Üzeyir həm də sabiq nazir Yavər Camalovun qardaşı, işadamı Əlikram Camalovun kürəkənidir.
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan Üzeyir İsmayılovun Azərbaycanda iki şirkəti var: "UR.EL" MMC və "L. MİR" MMC. Oğlu Elmirin isə İstanbulda "MAYAK" adlı Beynəlxalq Yük Daşımaları Şirkəti var. Azərbaycan, Rusiya, İran, Gürcüstan, Çin, Türkiyə və İraqda ofisləri var.
Avtoş məmur balasının avtomobil kolleksiyasından bəzi seçmələr:
▪️Mercedes GL-Class 63 markalı, 90-ZZ-009 avtomobil
▪️Porsche Panamera markalı, 90-ZZ-009 nömrəli avtomobil
▪️Toyota Camry markalı, 10-AD-011 nömrəli avtomobil
▪️Mercedes S63 AMG markalı, 90-ZZ-009 nömrəli avtomobil
▪️Mercedes-Benz Geländewagen markalı, 90-OZ-009 nömrəli avtomobil
Əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadrat metrlik kommersiya obyekti tikdirib. O keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir.
7NEWS.az








