Əlil arabasında olan adam metroda relslərin üzərinə düşüb.
Hadisə ABŞ-ın Nyu-York şəhərində baş verib. Metro stansiyasında əlil arabasında olan bir şəxs platformadakı relslərin üzərinə düşüb. Gəzmə əngəlli şəxsin relslərin üstünə yıxıldığını görən şəxslər kişinin həyatını xilas edə biliblər.
Onlar həmin şəxsi relslərin üstündən götürdükdən dərhal sonra qatar stansiyaya gəlib.
Sosial mediada yayılan görüntülərdən sonra istifadəçilər onu xilas edən şəxsi qəhrəman elan ediblər./azxeber
7NEWS.Az








