Nigeriyanın Qamboru Ngala şəhəri növbəti dəfə terroçuların hədəfinə çevrilib.
Əlillərin toplaşdığı mərkəzə təşkil olunan kamikadze hücumu nəticəsində 8 nəfər qətlə yetirilib, daha 7 əli yaralanıb. Şahidlərin sözlərinə görə, kamikadze binaya daxil olan kimi üzərindəki partlayıcı qurğunu işə salıb. Növbəti partlayış təhlükəsinin nəzərə alan hökumət bölgəyə əlavə polis qüvvələri cəlb edib. Hələlik terror aktına görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Yerli dairələr isə hücumun "Boko Haram" terror qruplaşması tərəfindən təşkil olunduğunu iddia edir.
Qeyd edək ki, terroçular ötən həftə də oxşar hücumlar təşkil etmişdi. Kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 32 nəfər ölmüş, 80 dinc sakin yaralanmışdı.
7news.az








