RU
Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi (FOTO)
16:32
27

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi (FOTO)

Martın 18-də Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda Şuranın təşkilati məsələləri müzakirə olunmuş, gündəlik təsdiqlənmiş və rəhbər heyət formalaşdırılıb.

Səsvermənin nəticələrinə əsasən, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib. DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov sədr müavini, Azərbaycan Jurnalistləri Birliyinin üzvü, əməkdar jurnalist İxtiyar Hüseynli isə Şuranın katibi seçilib.

İclasda İctimai Şuranın qarşıdakı iki il üçün fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilib.
Göstərilən etimada görə Şüra üzvlərinə təşəkkür edən Ə.Nuriyev bildirib ki,  İctimai Şura öz fəaliyyətində qanunun aliliyinə əsaslanaraq, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini rəhbər tutacaqdır.

İclasdan sonra Daxili işlər nazirinin müavini, DİN yanında İctimai Şuraya seçkilər üzrə seçki komissiyasının sədri, general-leytenant İsmət Əliyev Şura üzvlərinə vəsiqələri təqdim edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi (FOTO)
Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi (FOTO)
Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi (FOTO)
Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi (FOTO)
 
Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi (FOTO)
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ