RU
Əlində fişəng partladı, barmağını itirdi
11:49
589

Əlində fişəng partladı, barmağını itirdi

Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.

Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.

Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ