Azyaşlının ölümünün ilkin səbəbləri məlum oldu.
Moskvada dörd yaşlı uşağın ölümünün ilkin səbəblərin öyrənilib.
Telekanalın məlumatına görə, ilkin ekspertizanın nəticəsinə əsasən, dayə azyaşlı qızın başını kəsməzdən əvvəl onu boğaraq öldürüb.
“Uşaq, çox güman ki, yatdığı zaman öldürülüb. Müəyyən olunub ki, onun başı qətlə yetirildikdən sonra mətbəx bıçağı ilə kəsilib”, - telekanalın istintaq orqanlarındakı mənbəsi bildirib.
Mütəxəsisslər qeyd ediblər ki, ölümün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
Moskvada "Oktyabrskoye” metro stansiyasının yerləşdiyi ərazi mühasirəyə alınıb.
7News.Az xəbər verir ki, APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, buna səbəb əlində kəsilmiş uşaq başı olan naməlum şəxsin "Allahu Əkbər” qışqırması olub.
Həmin adam qara paltarda olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onun kişi ya qadın olduğunu müəyyən etməkdə çətinlik çəkiblər.
Qeyd edək ki, bir müddət öncə sözügedən metro stansiyasına yaxın ərazidə yerləşən evlərin birində başı kəsilmiş uşaq meyiti aşkarlanıb.










