RU
Əlində tutduğu dezodarantla yaxınlaşdı
14:12
479

Əlində tutduğu dezodarantla yaxınlaşdı

Bu zarafata ürək dözməz...

Böyük Britaniyada bir gəncin yoldan keçənləri hədəfə alan gizli kamera zarafatı izləyənləri dəhşətə gətirir. Geniş müzakirə obyektinə çevrilən zarafat medianın da diqqətindən yayınmayıb.

Əlindəki dezodorantla gizlicə piyadaya yaxınlaşan Li adlı gənc alışqanı yandırıb dezodarantla həmin şəxsin arxasında alov topu yaradıb. Yandığını düşünən Britaniyalının necə qorxduğu kameralar vasitəsi ilə anbaan lentə alınıb.

Şoka düşən piyada nə baş verdiyini anlamadan Li bunun sadəcə kamera zarafatı olduğunu deyib. Əks halda etdiyi bu kobud zarafat ətrafdakıları da qorxudan gəncə baha başa gələ bilərdi. Bunun kamera zarafatı olduğunu öyrənən britaniyalılar onun günahından keçməli olublar.

Sosial mediaya ötürülən görüntülər qısa zamanda geniş auditoriya kütləsinin diqqətini cəlb edib.

Təsadüfi deyil ki, izləyənlərin əksəriyyəti, bu cür zarafata görə müəllifi tənqid atəşinə tutublar./atv

7news.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ