RU
Əlini qana batıran gənc
15:35
968

Əlini qana batıran gənc

Kişi xəyanət şübhəsi ilə əlini qana batırıb. Şəmkir rayonunda baş verən cinayətin araşdırması sonradan onun yersiz əməl törətdiyini üzə çıxarıb.

Noyabrın 9-da rayonun Qapanlı kəndində yaşan Mövlan Məmmədov həmkəndlisiElnur Xəlilova bıçaqla ağır xəsarət yetirib. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən tutulan M.Məmmədov bıçağa əl atmasıın səbəbini açıqlayıb.

Bildirib ki, E.Xəlilovun onun həyat yoldaşı ilə gizli münasibəti olub: ''Yoldaşımla gizli münasibətləri olub. Yoldaşımın telefonunu yoxlayırdım, Elnurun nömrəsi çıxdı. Gördüm ki, o, yoldaşımla tez-tez zəngləşir. Bundan sonra Elnurla mübahisəm yarandı. Ailəlikcə üstümə hücuma gəlmişdilər. Mən də cibimdəki bıçağı çıxararaq vurdum''.

Lakin Şəmkir polisindən bildirildi ki, araşdırma aparılıb və M.Məmmədovun şübhələri əsassız çıxıb. Faktla bağlı araşdırma aparılır./criminal

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ