RU
“Elit”in qarşısında yol qəzası - Ölən var
09:12
868

“Elit”in qarşısında yol qəzası - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında "Elit” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

"Ford” markalı avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Zaur Kamandar oğlu Əliyevi vurub. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır./apa
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ