RU
Əliyar Ağayev UEFA-nın 1-ci kateqoriyalı hakimi oldu
12:31
602

Əliyar Ağayev UEFA-nın 1-ci kateqoriyalı hakimi oldu

 

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti uğuruna imza atıb. 

7News.Az xəbər verir ki, 29 yaşlı referi UEFA-nın I kateqoriyasına keçib. Bu, Azərbaycan futbolunda ilk belə haldır. 

I kateqoriyaya daxil olan Ağayev bununla da Çempionlar Liqasının qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb. 

Qeyd edək ki, 2013-cü ildən FİFA referisi olan Əliyar Ağayev cari mövsüm 3 dəfə Avropa Liqasının qrup oyunlarına təyinat alıb.


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ