RU
Əliyev Kerri ilə Qarabağdan danışdı
23:50
1620

Əliyev Kerri ilə Qarabağdan danışdı

Bu dəqiqələrdə prezident İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə görüşür.

7news.Az xəbər verir ki, görüşün detalları ilə bağlı yaxın dəqiqələrdə geniş məlumat yayımlanacaq. 

***

Kerri prezident İlham Əliyevi ABŞ-a səfər etdiyinə görə çox şad olduğunu deyib.

O bildirib ki, İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparıb. Dövlət katibi deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Kerri həmçinin qeyd edib ki, regionda Azərbaycanın iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Preizdent İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.

Prezident deyib ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır – 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır:

"Azərbaycan ABŞ-la iqtisadi əməkdaşlıq edir və bu əməkdaşlıq inkişaf etməkdədir". 

İlham Əliyev deyib ki, ABŞ şirkətləri Azərbaycana külli miqdarda sərmayə yatırır.

Dövlət başçısı regionda Ermənistanın işğalçılıq siyasətindən danışıb.

"Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal ediblər. Bu işğalla bağlı BMT-nin 4 qətnaməsi var. Ermənistanın işğalçılıq siyasəti regionda təhlükəsizliyə böyük hədədir", - Əliyev bildirib.

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ