RU
Əliyev və Putin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərindən danışıb
14:43
28

Əliyev və Putin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərindən danışıb

Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərindən danışıb.

Bu gün liderlər arasında telefon danışığı olub.

Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.

Qeyd edək ki, Vladimir Putin dekabrın 24-də Prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Vladimir Putin Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ