RU
Əliyevdən Atambayevə təbrik
19:56
990

Əliyevdən Atambayevə təbrik

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb.
 
Təbrikdə deyilir: "Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
 
Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq telləri və xeyirxah ənənələr bundan sonra da Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin genişlənməsi üçün əsas olacaqdır.
 
Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyirəm”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ