RU
Əliyevin Moskva paradından imtinası - Siyasi qətiyyətin növbəti təntənəsi
09:39
776

Əliyevin Moskva paradından imtinası - Siyasi qətiyyətin növbəti təntənəsi

Prezident İlham Əliyev mayın 9-da Moskvada baş tutacaq Qələbə paradına qatılmayacaq. Müzəffər Ali Baş Komandan bu dəfə də strateji və qətiyyətli qərar qəbul edib.
- "AZAL"a məxsus olan sərnişin təyyarəsinin məlum qəzaya uğramasından 5 ay vaxt ötür. Rəsmi Rusiya isə əməliyyat-istintaq tədbirləri aparmaqdan boyun qaçırır.
- Hadisənin günahkarları tapılıb hüquqi məsuliyyətə cəlb edilmir. Bu isə heç şübhəsiz Rusiyadakı rəsmi dairələrin bu cinayəti ört-basdır etmək niyyətindən qaynaqlanır.
- Azərbaycandakı kütləvi informasiya vasitələrinə qarşı kiberhücumlar təşkil edilir və bu hücumların da şimal qonşumiz tərəfindən həyata keçirilməsi öz təsdiqini tapır. Bununla da bağlı rəsmi Moskva hər hansı izahata və açıqlamaya ehtiyac duymur.
- Azərbaycanlı deputatın Rusiya ərazisinə girişinə məhdudiyyət qoyulur. Deputat deportasiya olunur və geri qaytarılır. Yenə heç bir rəsmi izahat yoxdur.
Siyahını uzatmaq da olar. Rusiya da Fransa kimi öz imperiya şakərindən qurtula bilmir və özünü region ağası kimi aparır. Amma unudur... Unudur ki, rupor hesab etdiyi dövlətlərdən fərqli Azərbaycana qarşı bu cür üsullarla təzyiq göstərmək mümkün deyil.
Milli maraqlara söykənən diplomatik siyasət kursu davam edir və gərginləşən geosiyasi münasibətlər sistemində Prezident İlham Əliyevin Qələbə paradı adlı tədbirə qatılmaması ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə layiqli cavab, möhtəşəm strateji və taktiki gedişdir. 
Azər Niftiyev

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ