Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycan və Ermənistanprezidentlərinin növbəti görüşü Parisdə baş tuta bilər.
7News.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerlə keçirdiyi birgə mətbuat –konfransında deyib:
“Fransa XİN rəhbəri növbəti görüşün Parisdə keçirilməsini təklif etdi. Bizim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, danışıqlar effektiv keçsin və münaqişənin nizama salınmasında irəliləyiş əldə etməyə imkan versin”.








