RU
Elm Fondunun fəaliyyət istiqamətləri açıqlanıb
15:00
46

Elm Fondunun fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

7NEWS.Az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Elm Fondunun Nizamnaməsində əksini tapıb.
Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;

- təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirmək, elmi tədqiqatların keyfiyyətinin və səmərəliliyinin artırılmasını, elmi tədqiqatlara marağın gücləndirilməsini təmin etmək, müxtəlif elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək;

- elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, elmi fəaliyyətlə məşğul olan digər hüquqi şəxslərin, o cümlədən müasir yeniliklərin tətbiq edildiyi istehsal müəssisələrinin, habelə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərin (bundan sonra – elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər) elm sahəsində innovativ ideyalarını və fəaliyyətini dəstəkləmək;

- müvafiq sahənin inkişafını təmin etmək;

- bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ