“Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək”.
2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E. Rüstəmov deyib ki, sənəd neftin yeni, real qiymətlərinə uyğunlaşdırılır:
“Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağı”./oxu
7news.az








